BİZNES

30 May

Azərbaycanın qara metallar və onlardan hazırlanan məmulatların ixracı 16,7% artıb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın qara metallar və onlardan hazırlanan məmulatların ixracı 4,1 milyon ABŞ dolları təşkil edib.

Finss.az xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən təqdim olunan “İxrac icmalı”nın may sayında əksini tapıb.

Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə qara metallar və onlardan hazırlanan məmulatların ixracında 16,7% artım qeydə alınıb.

Fuad Mədətov
Finss.az