BİZNES

30 May

ABŞ-ın Neft Ehtiyatları gözlənilmədən 2,8 milyon barrel azalıb

Finss.az xəbər verir ki, Enerji Departamentinin həftəlik hesabatında deyilir ki, ABŞ-ın kommersiya xam neft ehtiyatları keçən həftə 2,795 milyon barrel azalıb.

Trading Economics-ə görə, analitiklər orta hesabla 600 min barel artım proqnozlaşdırmışdılar.

Mayın 23-də bitən həftədə benzin ehtiyatları 2,441 milyon barrel, distillə ehtiyatları isə 724 min barrel azalıb.

Mütəxəssislər benzin ehtiyatlarının 500 min barel azalacağını və distillə ehtiyatlarının 700 min barel artacağını gözləyirdilər.