Finss.az xəbər verir ki, energetika nazirinin müavini Alibek Jamauov İnterfaks-Qazaxıstan agentliyinə bildirib ki, iyulda neft hasilatının artırılması ilə bağlı qərar şənbə günü, mayın 31-də, növbəti OPEC+ iclasında veriləcək, lakin dəqiq həcmlər hələ də bəlli deyil.
“(İyul ayı üçün neft hasilatının artırılması ilə bağlı bizə şənbə günü məlumat verəcəklər. Artım olacaq, amma 400, 500, 600 (gündə min barel) olacaq – xəbərimiz yoxdur, bunu şənbə günü açıqlayacaqlar”.
Tərəfdaşlar mayın 31-də keçiriləcək onlayn iclasda iyulda hasilatın səviyyəsi məsələsini müzakirə edəcəklər. Mayın 28-də 39-cu iclasda OPEC+ nazirləri əvvəllər qəbul edilmiş qərarları, o cümlədən 2026-cı ilin sonuna qədər neft hasilatının səviyyəsi ilə bağlı qərarları təsdiqləyiblər.