Finss.az xəbər verir ki, "Aqroeksport" federal mərkəzinin proqnozlarına görə, 2025-ci ildə Rusiya Federasiyasından balıq məhsullarının ixracı 2024-cü ildəki 4,8 milyard dollarla müqayisədə 6 milyard dolları keçə bilər.
O cümlədən, filetin ixracı 500 milyon dollar həcmində qiymətləndirilir”, - deyə mərkəzin açıqlamasında bildirilir.
Əsas çatdırılma istiqamətləri Çin, Cənubi Koreya, Aİ, Yaponiya və Belarus olacaq.
Mərkəz onu da bildirib ki, bu ilin ilk dörd ayında Rusiya Federasiyası 1,9 milyard dollar dəyərində balıq məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22% çoxdur.