BİZNES

23 May

Brent markalı neftin bir barreli 64,62 dollara qədər bahalaşıb

Finss.az xəbər verir ki, Cümə günü neft qiymətləri mülayim artıma keçdi, lakin OPEC+ ittifaqının hasilatın artım tempini yenidən sürətləndirə biləcəyi gözləntiləri ilə həftəni qırmızı ilə başa vurur.

Moskva vaxtı ilə saat 14:11-də Londonun ICE Futures birjasında Brent markalı iyul fyuçerslərinin qiyməti 0,18 dollar (0,28%) bahalaşaraq bir barel üçün 64,62 dollar olub. Bu vaxta qədər WTI markalı neftin iyul fyuçersləri NYMEX birjasında 0,16 dollar (0,26%) bahalaşaraq bir barelə görə 61,36 dollar olub.