BİZNES

23 May

Xerox, Lexmark-ın alınması ilə bağlı Dividendləri Azaldır

Finss.az xəbər verir ki, Amerikalı printer və surətçıxaran Xerox Holdings şirkəti Lexmark International Inc-in alınması üzrə sövdələşmənin bağlanması ərəfəsində dividend siyasətini dəyişir. Bu barədə Xerox-un mətbuat xidməti məlumat yayıb.

Rüblük dividend hər səhm üçün 0,125 dollardan 0,025 dollara endiriləcək. Beləliklə, illik dividend məbləği hər səhmə görə 0,1 dollar olacaq.

Rüblük dividend iyulun 31-də, iyunun 30-da iş bitdikdən sonra reyestrdə olan səhmdarlara ödəniləcək.

Xerox lazer printer istehsalçısı Lexmark-ı 2024-cü ilin dekabrında borc da daxil olmaqla 1,5 milyard dollara alacağını açıqladı. Eyni zamanda şirkət borcun ödənilməsinə üstünlük verərək dividendləri azaltmaq niyyətini açıqladı.

2025-ci ilin əvvəlindən Xerox-un bazar dəyəri 39%-dən çox azalıb.