BİZNES

20 May

G7 səviyyəsində Rusiyadan neftin qiymətinin “tavanının” mümkün azaldılması müzakirə edilir

Finss.az xəbər verir ki, Avropa Komissiyasının mətbuat katibi Paula Pinho brifinqdə bildirib ki, Avropa Komissiyası G7 ölkələri ilə Rusiya nefti üzrə tavanın aşağı salınması təşəbbüsünü müzakirə etməyi planlaşdırır.

“Biz neftin qiymətinin yuxarı həddi kimi mümkün tədbirləri müzakirə etmək üçün G7 həmkarlarımızla əlaqə saxlayırıq və bunun G7 səviyyəsində birgə sanksiyalar şəklini ala biləcəyini görmək istəyirik”, o deyib.

AK-nin Rusiya neftinin qiymət tavanının azaldılmasını 18-ci sanksiya paketinə daxil etmək niyyətində olub-olmaması ilə bağlı suala Pinho əlavə edib: “Yaxın günlərdə bunun təklif olunan sanksiyalar baxımından daha konkretləşdirilə biləcəyini görəcəyik”.