BİZNES

21 May

Təbii qaz ixracı 6 faizədək artıb

Finss.az - Yanvar-aprel aylarında ölkədən 8 milyard 160,029 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz çoxdur.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, ixrac edilən təbii qazın dəyəri 3 milyard 65,5 milyon dollar olub.

Xatırladaq ki, 2024-cü ilin eyni aylarında isə Azərbaycandan 2 milyard 758,78 milyon dollar dəyərində yəni, 7 milyard 706,86 milyon kubmetr təbii qaz ixrac edilib.