BİZNES

20 May

Brent markalı neftin qiyməti bir qədər azalaraq 65,3 dollar/barel olub

Çərşənbə axşamı neft qiymətləri bir qədər ucuzlaşır, çünki treyderlər ABŞ və İran arasında dialoqun inkişafını, eləcə də Ukrayna ətrafında vəziyyəti izləməyə davam edirlər.

Finss.az xəbər verir ki, Bakı vaxtı ilə saat 8:15-ə Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti bir barel üçün 65,33 dollar təşkil edir ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 0,21 dollar (0,32%) aşağıdır. Bazar ertəsi bu müqavilələrin bir barelinin qiyməti 0,13 dollar (0,2%) artaraq 65,54 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin iyul fyuçersləri 0,19 dollar (0,31%) ucuzlaşaraq 61,95 dollar/barelə bərabər olub. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 0,17 dollar (0,27%) artaraq bir barel üçün 62,14 dollar olub.