Neft qiymətləri ticarət sessiyasında əvvəllər yaranmış itkiləri bərpa edərək zəif artıma doğru irəliləyib.
Finss.az xəbər verir ki, Bakı vaxtı ilə saat 18:19-da Londonun ICE Futures birjasında Brent markalı iyul fyuçerslərinin qiyməti 0,06 dollar (0,09%) bahalaşaraq 65,47 dollar/barelə çatıb. Bu vaxta qədər WTI markalı neftin iyun fyuçersləri NYMEX birjasında 0,19 dollar (0,3%) bahalaşaraq 62,68 dollar/barelə yüksəlmişdi.
Neft qiymətləri bazar ertəsi əvvəl Moody's Ratings-in ABŞ-ın uzunmüddətli kredit reytinqini "Aaa"dan "Aa1" səviyyəsinə endirdiyi xəbəri ilə, hökumət borcunun artması və büdcə kəsiri ilə bağlı narahatlıqlar səbəbilə kəskin ucuzlaşıb. Moody's dünyanın ən böyük iqtisadiyyatının reytinqini ən yüksək səviyyədə saxlamaq üçün "böyük üçlük" reytinq agentliklərindən sonuncusu olub.