BİZNES

19 May

Xavier Chardon Citroen-ə rəhbərlik edəcək

Finss.az xəbər verir ki, Avtomobil markasına sahib olan Stellantis-in press-relizinə əsasən, Xavier Chardon Citroen-in baş icraçı direktoru təyin edilib. O, iyunun 2-dən vəzifəsinin icrasına başlayacaq və bu vəzifədə iki ildir ki, işləyən Tyerri Koskası əvəz edəcək.

Chardon karyerasına 1994-cü ildə Citroen-in İtaliya bölməsində başlamış və sonra Fransa, Danimarka və Almaniyada işləyərək şirkət daxilində müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. 2011-ci ildə o, Volkswagen-də işləməyə keçdi.

Stellantis Alfa Romeo, Chrysler, Citroen, Dodge, FIAT, Jeep, Lancia, Maserati, Opel, Peugeot, Ram, Vauxhall və başqa markalar altında avtomobillər istehsal edir.