Finss.az - Bu ilin yanvar-aprel ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 milyard manatdan çox vəsait daxil olub.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətdə 4,3 faiz çoxdur.
Kateqoriyalar üzrə daxilolmalar:
- Gömrük rüsumları: 580,29 milyon manat;
- ƏDV: 1,38 milyard manat;
- Aksizlər: 80,37 milyon manat;
- Yol vergisi: 15,17 milyon manat.