Finss.az - Bu ilin oktyabr ayında Rusiyanın Sverdlovsk vilayətinin ixracyönümlü şirkətlərinin Azərbaycana biznes missiyası baş tutacaq.
Sverdlovsk vilayətinin informasiya portalının yaydığı xəbərə görə, səfərin məqsədi region müəssisələrinin məhsul və xidmətlərini xarici bazarlarda tanıtmaqdır. Səfər zamanı iri dövlət şirkətləri və dövlət qurumlarının nümayəndələri ilə danışıqlar aparılacaq.
Sverdlovsk vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Vyaçeslav Yarinin sözlərinə görə, son üç ildə Sverdlovsk vilayəti ilə Azərbaycan arasında ticarət dövriyyəsi təqribən 8 faiz artıb.