Finss.az - 2025-ci ilin yanvar-aprel aylarında ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 17,7 faiz artaraq 764 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1 faizi hüquqi şəxslərin, 48,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.
Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz artaraq 386,6 milyon manat olub.