Finss.az - 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda yazlıq bitkilərin səpini 270,5 min hektar sahədə aparılıb.
Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilib. Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz azdır.
Hesabat dövründə dənli və dənli paxlalı bitkilərin əkin sahəsi 25 959,8 hektar təşkil edib. Onlardan 24 483,4 hektar qarğıdalı, 741,4 hektar buğda, 6 448,5 hektar vələmir və 265,5 hektar çəltik əkilib. Bundan başqa, kartof 40,5 min hektar, tərəvəz 43,6 min hektar, bostan bitkiləri 12,3 min hektar, pambıq 63,7 min hektar, dən üçün günəbaxan 9,9 min hektar, şəkər çuğunduru 5,5 min hektar, tütün isə 1,4 min hektar sahədə səpilib.
Çoxillik otlar 39,3 min hektar, birillik otlar isə 3,7 min hektar sahədə əkilib. Sair yazlıq bitkilər isə 0,2 min hektar sahəni əhatə edir.
Dənli və dənli paxlalı bitkilərin sahəsi 15,2 faiz, o cümlədən qarğıdalı 14,7 faiz, buğda 15,6 faiz, vələmir 23,7 faiz artıb. Eyni zamanda, çəltik əkinləri 47 faiz azalıb. Kartof əkini 7,1 faiz, tərəvəz 3,4 faiz, bostan bitkiləri 9,2 faiz, pambıq 29,5 faiz, dən üçün günəbaxan 8,1 faiz, birillik otlar 4,6 faiz və çoxillik otlar 6,5 faiz azalma müşahidə olunub. Tütün əkinləri 30,4 faiz, şəkər çuğunduru isə 1,8 faiz artıb.