BİZNES

16 May

JPMorgan CEO ABŞ-ın tənəzzülünü istisna etmir

Finss.az xəbər verir ki, JPMorgan Chase-in baş icraçı direktoru Jamie Dimon'a görə, Çin ilə qarşılıqlı idxal tariflərinin son azaldılmasına baxmayaraq, Amerika iqtisadiyyatında tənəzzül hələ də mümkündür.

"Əgər tənəzzül baş verərsə, bunun nə qədər böyük və ya nə qədər davam edəcəyini bilmirəm. Ümid edirik ki, bundan qaçacağıq, lakin hələ ki, bunu istisna etməməliyik", - o, Bloomberg TV-yə müsahibəsində deyib. Dimon qeyd edib ki, bankının iqtisadçılarının fikirlərini dinləyir və onlar da Amerika iqtisadiyyatında geriləməni istisna etmirlər. JPMorgan-ın ABŞ-ın baş iqtisadçısı Michael Feroli çərşənbə axşamı bildirib ki, tənəzzül ehtimalı "yüksək olaraq qalır, lakin 50%-dən aşağıdır".

Bu həftənin əvvəlində ABŞ və Çin idxal tariflərini 90 gün müddətinə müvəqqəti azaltmaq barədə razılığa gəliblər. O vaxta qədər Dimon tənəzzülü ehtimal olunan ssenari hesab edirdi.

"Doğru olan şey tariflərin bir hissəsini endirmək və dialoqa başlamaq olardı" dedi Dimon.