Hökumətin ilkin məlumatlarına görə, 2025-ci ilin birinci rübündə Yaponiyanın ÜDM-i əvvəlki üç aya nisbətən 0,2% azalıb.
Bu, son bir ildə ilk azalmadır.
Finss.az xəbər verir ki, analitiklər orta hesabla 0,1% daralma proqnozlaşdırmışdılar.
Yanvar-mart aylarında ölkə iqtisadiyyatının yarıdan çoxunu təşkil edən istehlak xərcləri dəyişməyib (0,1% artım gözlənilir). Dövlət xərcləri də eyni səviyyədə qalıb.
Bu arada, biznes kapitalına investisiyalar 1,4% artıb, bu, keçən ilin ikinci rübündən bəri ən böyük artımdır.
İxrac həcmi bir ildə ilk dəfə olaraq 0,6% azalıb, idxal isə 2,9% artıb.
Birinci rübdə Yaponiyanın ÜDM-i illik əsasda 0,7% azalıb. Oktyabr-dekabr aylarında bu göstərici əvvəllər açıqlandığı kimi 2,2% yox, 2,4% artıb.