Neft qiymətləri bir gün əvvəl nəzərəçarpacaq dərəcədə azalmadan sonra cümə günü səhər bahalaşır.
Finss.az xəbər verir ki, Moskva vaxtı ilə saat 8:05-ə Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti bir barel üçün 64,8 dollar təşkil edir ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 0,27 dollar (0,42%) bahadır. Cümə axşamı bu kontraktların qiyməti 1,56 dollar (2,36%) ucuzlaşaraq 64,53 dollar/barel olub.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində iyun ayı üçün WTI markalı neftin fyuçersləri bu vaxta qədər 0,26 dollar (0,42%) bahalaşaraq bir barelə görə 61,88 dollar təşkil edib. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 1,53 dollar (2,42%) ucuzlaşaraq 61,62 dollar/barel təşkil edib.