BİZNES

15 May

İctimai iaşə sektorunda 17,7 faizlik artım qeydə alınıb

Finss.az - Bu ilin yanvar-aprel aylarında ölkədə ictimai iaşə sahəsində ümumi dövriyyə 17,7 faiz artaraq 764 milyon manata çatıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qurumun yaydığı məlumata görə, dövriyyənin böyük hissəsi – 51,1 faizi hüquqi şəxslərin, 48,9 faizi isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.

Hüquqi şəxslərin ictimai iaşə dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz artaraq 386,6 milyon manat təşkil edib.