Finss.az - Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, bu ilin yanvar-mart ayılarında ölkədən 5,2 milyon ABŞ dolları dəyərində 3,7 min tondan çox mis filizləri və konsentratları ixrac olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 15,4 dəfə, həcm baxımından isə 20,2 dəfə çoxdur.
Ümumilikdə cari ilin ilk rübündə ölkədən 691 milyon dollar dəyərində Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib. Hesabat dövründə mis filizləri və konsentratlar ixracının xüsusi çəkisi 0,76 faizə bərabər olub.