Cari ilin yanvar-mart aylarında Azərbaycanda 3,396 milyon manat dəyərində dərman istehsal edilib.
Finss.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, dərman istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 106 milyon manat və ya 3,2% çoxdur. 2024-cü ilin birinci rübündə Azərbaycanda 3,290 milyon manat dəyərində dərman istehsal edilmişdi.
Cari ilin aprelin biri tarixinə ölkədə 705,8 milyon manatlıq hazır dərman ehtiyatı mövcuddur.
Bundan əlavə, həmin dövrdə Azərbaycanda 900 min ədəd maska istehsal edilib. Bu göstərici illik müqayisədə dəyişməsə də, son iki ildə 700 min ədəd və ya 4,5 dəfə artım göstərir.
Fuad Mədətov
Finss.az