BİZNES

09 May

Türkiyədən Azərbaycana geyim ixracı 2,95 milyon dollar olub

2025-ci ilin aprel ayında Türkiyənin Azərbaycana hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 34,2 faiz azalaraq 2 milyon 950 min 45 dollar təşkil edib.

Finss.az-ın məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildirilib.

Yanvar–aprel ayları ərzində Türkiyədən Azərbaycana hazır geyim ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 24,5 faiz azalaraq 15 milyon 565 min 44 dollara enib.

2025-ci ilin yanvar–aprel aylarında Türkiyənin ümumi hazır geyim ixracı 6 faiz azalaraq 5 milyard 410 milyon 610 dollar olub.

Nazirliyin açıqlamasında qeyd edilib ki, aprel ayında Türkiyə 1 milyard 227 milyon 668 min dollar dəyərində hazır geyim ixrac edib ki, bu da ötən ilin mart ayına nisbətən 0,2 faiz çoxdur.

Son 12 ay ərzində (aprel 2024 – aprel 2025) Türkiyənin hazır geyim ixracı 17 milyard 569 milyon 420 min dollar təşkil edib.