BİZNES

08 May

İngiltərə Bankı gözlənildiyi kimi uçot dərəcəsini 25 bps azaldıb. - 4,25%-ə qədər

Finss.az xəbər verir ki, İngiltərə Bankı may iclasından sonra qəbul edilən kommünikeyə əsasən, faiz dərəcəsini 25 baza bəndi azaldaraq illik 4,25%-ə endirib.

Qərar analitiklərin konsensus proqnozları ilə üst-üstə düşüb.

Pul Siyasəti Komitəsinin (MPK) doqquz üzvündən yeddisi uçot dərəcəsinin aşağı salınmasının lehinə, ikisi isə bir dəfəyə 50 baza bəndi endirilməsinin lehinə səs verib. Digər iki idarəçi borclanma xərclərini dəyişməz saxlamaq istəyib.