BİZNES

08 May

Kanada ilə ticarət dövriyyəsində rekord artım

Finss.az - Yanvar-mart aylarında iki ölkə arasında ticarət dövriyyəsi 47 dəfədən çox artıb

Bu ilin ilk rübündə – yanvar-mart aylarında Azərbaycan ilə Kanada arasında ticarət dövriyyəsi kəskin şəkildə artaraq 138,4 milyon ABŞ dollarını ötüb. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 47,2 dəfə artım deməkdir.

Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi məlumatlara əsasən:

  • Azərbaycandan Kanadaya ixrac 6,1 milyon dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 19 dəfə çoxdur.

  • Kanadadan Azərbaycana idxal isə 132,2 milyon dollar səviyyəsində olub. Bu göstərici 50,7 dəfə artımı əks etdirir.

Beləliklə, Kanada ilə ticarət Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 1,14 faizini təşkil edib.