Şirkətdən verilən məlumata görə, Barrick Mining (keçmiş Barrick Gold) 2025-ci ilin birinci rübündə 758 min unsiya qızıl hasil edib.
Finss.az xəbər verir ki, bu, bir il əvvəlkindən 19% azdır, lakin Barrikin qeyd etdiyi kimi, rüblük proqnozun yuxarı həddinə (700-750 min unsiya) uyğun gəlir.
Mis istehsalı 10% artaraq 44 min tona çatıb. Barrik dünyanın ən böyük qızıl mədənçiləri reytinqində ikinci yerdədir. Qızıl aktivləri ABŞ, Tanzaniya, Kanada, Konqo, Mali, Papua-Yeni Qvineya, Dominikan Respublikası, Kot-d'İvuar və Argentinada, mis aktivləri Səudiyyə Ərəbistanı, Zambiya və Çilidə yerləşir.