BİZNES

07 May

Azərbaycanda dərman istehsalı artıb

Finss.az - 2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda dərman istehsalının ümumi dəyəri 3 milyon 396 min manat olub.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilir. 2024-cü ilin ilk rübü ilə müqayisədə istehsal həcmi 106 milyon manat və ya 3,2 faiz artıb, 2024-cü ilin eyni dövründə isə 3 milyon 290 min manat dəyərində dərman istehsal edilmişdi.

Komitənin məlumatına əsasən, 2025-ci ilin aprelin 1-nə qədər ölkədə 705,8 milyon manatlıq hazır dərman ehtiyatı mövcuddur. Hesabat dövründə həmçinin, 900 min ədəd maska istehsal edilib. Bu göstərici, ötən illə müqayisədə dəyişməsə də, son iki ildə maska istehsalının 700 min ədəd və ya 4,5 dəfə artdığını göstərir.