BİZNES

06 May

Azərbaycandan İsveçrəyə ticarət artıb

Finss.az - 2024-cü ilin yanvar-mart aylarında Azərbaycanın İsveçrə ilə ticarət dövriyyəsi 165,7 milyon dolları keçərək, 2023-cü ilin eyni dövrünə nisbətdə 4,9 dəfə artıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu dövr ərzində Azərbaycandan İsveçrəyə ixracın həcmi 123,4 milyon dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 6 dəfə çoxdur.

Eyni zamanda, İsveçrədən Azərbaycana idxal 42,3 milyon dollar olaraq qeydə alınıb ki, bu da 3,2 dəfə artım göstərir.

Cari ilin ilk rübünün nəticələrinə görə, İsveçrə ilə ticarət ölkənin ümumi ticarət dövriyyəsinin 1,37 faizini təşkil edib.

Bu ticarət artımı Azərbaycan və İsveçrə arasında iqtisadi əlaqələrin gücləndiyini və qarşılıqlı ticarətin müsbət istiqamətdə inkişaf etdiyini göstərir.