BİZNES

02 May

Azərbaycanda keçirilən ilk Binance Community MeetUp tədbiri 1000-dən çox iştirakçını bir araya gətirdi

Azərbaycanda keçirilən ilk Binance Community MeetUp tədbiri 1000-dən çox iştirakçını bir araya gətirdi.

Binance, dünyanın aparıcı blokçeyn ekosistemi və ticarət həcminə görə ən böyük kriptovalyuta birjası, Azərbaycanda ilk Binance Community MeetUp tədbirinin keçirildiyini elan edib. Bu olay yaz mövsümünün ən böyük kripto hadisəsidir və 1000-dən çox iştirakçını bir araya gətirib. Tədbir beynəlxalq bazar ekspertləri, yerli fikir liderləri, kripto həvəskarları və texnologiya biznesi nümayəndələri arasında açıq dialoq üçün yeni bir platforma olub.

Finss.az xəbər verir ki, Mitap Binance-in regionda həyata keçirdiyi təşəbbüslər silsiləsinin davamı olaraq keçirilib. Xüsusilə, Binance Azerbaijan Offline Intensive adlı təhsil proqramı 25–27 aprel tarixlərində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzi (C4IR Azərbaycan) ilə tərəfdaşlıqda təşkil olunub. Bu proqram çərçivəsində 162 iştirakçı blokçeyn və kriptovalyutanın əsasları üzrə təlim keçib, oflayn sessiyalarda iştirak edib və Binance-in brend məhsullarını əldə ediblər.

Tədbiri açan Binance-in Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya və Afrika üzrə regional direktoru Kirill Xomyakov kriptovalyuta bazarının hazırkı vəziyyəti haqqında danışıb. Onun sözlərinə görə, 2024-cü il dönüş nöqtəsi olub: sənayenin kapitallaşması 96.2% artıb, Bitcoin ETF üzrə ümumi ticarət həcmi 650 milyard dollara çatıb, BTC-nin dəyəri isə tarixi maksimuma – 109,588 dollara yüksəlib. Spiker institusional investorların sənayeyə artan marağına və yerli bazarın inkişafına xüsusi diqqət çəkib: “Azərbaycan Web3 xəritəsində mühüm nöqtəyə çevrilir. Bakıda keçirilən ilk Binance Community MeetUp tədbiri sadəcə başlanğıcdır. Biz təhsil proqramlarını genişləndirməyi, yerli startapları dəstəkləməyi və ölkənin kriptoekosistemini regionun ən güclülərindən birinə çevirməyi planlaşdırırıq.”

Çıxış edənlər arasında Binance-in MDB və Ukrayna üzrə marketinq istiqamətinin rəhbəri, Darya Xolınska da var idi. O, Azərbaycanın artan istifadəçi fəallığından danışdı: 2024-cü ilin ikinci rübündə demək olar ki, hər ikinci azərbaycanlı istifadəçi kripto sənayesinə qoşulub, istifadəçilərin 22%-i isə artıq platformadan Azərbaycan dilində istifadə edir. Binance-in Azərbaycandakı prioritetləri sırasında məhsulların lokallaşdırılması, kriptosavadlılığın inkişafı və təhsil tədbirlərinin keçirilməsi, o cümlədən oflayn intensiv proqramları və Binance Academy çərçivəsində yeni kursların istifadəyə verilməsi yer alır.

Aleksey Makarov, Binance-in MDB, Şərqi və Mərkəzi Avropa üzrə strategiya və məhsulun hazırlanması üzrə rəhbəri, şirkətin 2024–2025-ci illərdə istifadəyə verdiyi yeni məhsullardan danışdı. Onlar arasında: Binance Pre Market, Spot Copy Trading, Megadrop Airdrop platforması və Binance Earn (Launchpool, Airdrop Portal və s.) imkanları var. Aleksey vurğuladı: “Binance məhsullarını regionun xüsusiyyətlərinə və istifadəçilərin ehtiyaclarına uyğunlaşdırmaq istiqamətində fəal fəaliyyətini davam etdirir.”

Tədbirdə həmçinin Binance-in Azərbaycandakı P2P platformasının yenilikləri təqdim olundu: Azərbaycan manatı (AZN) ilə əməliyyatların əlçatanlığı, Kapital Bank və M10 vasitəsilə ani köçürmələrin inteqrasiyası, istifadəçi verifikasiyasının təkmilləşdirilməsi və əməliyyatlar üçün gücləndirilmiş təhlükəsizlik tədbirləri.

Spiker kripto sənayədə ortaya çıxan yeni təhdidlərə xüsusi diqqət ayırdı — fişinq hücumları və honeypot sxemlərindən tutmuş generativ süni intellektin şəxsiyyətin saxtalaşdırılması və hesab hücumları üçün istifadəsinədək. İstifadəçilərə Binance-in müdafiə alətləri təqdim olundu: iki faktorlu autentifikasiya, şübhəli əməliyyatların avtomatik izlənməsi və SAFU sığorta fondunun fəaliyyəti.

Əsas çıxışlardan biri də Xəyalə Fətullayevanın təqdimatı oldu – o, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin (C4IR Azərbaycan) rəqəmsal iqtisadiyyat departamentinin rəhbəridir. O, Azərbaycanın rəqəmsal inkişaf strategiyaları, Mərkəzin Binance ilə tərəfdaşlıqda həyata keçirdiyi təhsil təşəbbüsləri barədə məlumat verdi. Blokçeyn və Web3 sahəsində kadr hazırlığı, CryptoA2Z layihəsi və beynəlxalq texnoloji şirkətlərlə əməkdaşlığın genişləndirilməsi xüsusi vurğulandı. Spiker yerli innovativ ekosistemin və rəqəmsal savadlılığın formalaşdırılmasının dayanıqlı inkişaf üçün əsas rol oynadığını qeyd etdi.

Tədbir sual-cavab sessiyası ilə başa çatdı. Bu sessiyada iştirakçılar Binance komandası ilə birlikdə Azərbaycanda kriptobazarın perspektivlərini, yerli tənzimləmə imkanlarını və təhsil təşəbbüslərini müzakirə etdilər.

“Biz Azərbaycanın regionda rəqəmsal transformasiyanın gələcək lideri olmaq potensialına inanırıq. Burada artıq güclü bir baza formalaşıb: texnologiyaya maraq, aktiv bir icma və innovasiyalara açıqlıq var. Məqsədimiz təkcə bazarda iştirak etmək deyil, yerli tərəfdaşlarla birlikdə infrastruktur qurmaq, bilikləri paylaşmaq və etimad mühiti formalaşdırmaqdır. Bu sadəcə ilk addımdır və əminik ki, ölkəni və yerli kriptoekosistemi güclü bir inkişaf mərhələsi gözləyir”, – deyə Kirill Xomyakov, Binance-in MDB, Mərkəzi və Şərqi Avropa və Afrika üzrə regional direktoru bildirib.

XXX
Binance haqqında

Binance – dünyanın aparıcı kriptovalyuta infrastruktur təminatçısıdır və rəqəmsal aktivlərin ticarət həcminə görə ən böyük birjanı da əhatə edən bir sıra maliyyə məhsulları təqdim edir. Dünyanın hər yerindən milyonlarla insanın güvəndiyi Binance platforması, istifadəçilər üçün maliyyə azadlığını artırmağı qarşısına məqsəd qoymuşdur və kriptovalyuta məhsulları və xidmətlərinin misilsiz portfelini təklif edir. Bu portfelə ticarət və maliyyə xidmətləri, təhsil, məlumat və tədqiqat, xeyriyyəçilik, investisiya və startap inkubasiyası, mərkəzləşdirilməmiş texnologiyalar və digər sahələr daxildir.

Əlavə məlumat: //www.binance.com