BİZNES

02 May

Aİ TikTok-u 530 milyon avro cərimələyib

Finss.az xəbər verir ki, Avropa İttifaqında (Aİ) fərdi məlumatların qorunmasına cavabdeh olan İrlandiya Məlumatların Mühafizəsi Komissiyası (DPC) TikTok ilə bağlı araşdırmasının tamamlandığını açıqlayıb.

Açıqlamada Avropadakı platforma istifadəçilərinin şəxsi məlumatlarının Çinə göndərilməsində TikTok-un qanuna uyğunluğunun araşdırıldığı, köçürmələrlə bağlı istifadəçilərə məlumatların verilməsi və şəffaflıq meyarlarına uyğunluğunun araşdırıldığı bildirilib.

Açıqlamada, TikTok-un Avropadakı istifadəçi məlumatlarının Çinə ötürülməsi və şəffaflıq tələbləri ilə bağlı Aİ Ümumi Məlumatların Qorunması Qaydasını pozduğu təsbit edildiyi, şirkətə 530 milyon avro cərimə kəsildiyi və 6 ay ərzində fəaliyyətinin AB qaydalarına uyğunlaşdırılması əmri verildiyi bildirilib.