BİZNES

01 May

2025-ci ilin ilk rübündə aqrar ixrac 12,3% artıb

Finss.az - 2025-ci ilin yanvar-mart aylarında Azərbaycan aqrar və aqrar-sənaye məhsullarının ixracı əhəmiyyətli artım göstərib.

Ümumi olaraq, aqrar məhsulların ixracı 12,3% artaraq 170,5 milyon ABŞ dollarına çatıb. Eyni dövrdə aqrar-sənaye məhsulları isə 17,6% artaraq 69,1 milyon ABŞ dolları təşkil edib.

Bu dövrdə aqrar və aqrar-sənaye məhsullarının ümumi ixracı 13,8% artaraq 239,6 milyon ABŞ dollarına bərabər olub.

Mənbə: “İxrac icmalı”, Azərbaycan Respublikası İqtisadi İslahatlar Təhlili və Kommunikasiya Mərkəzi, aprel 2025.