BİZNES

30 Aprel

Almaniyada apreldə işsizlik 6,3% olub

Federal Məşğulluq Agentliyinin məlumatına görə, Almaniyada işsizlik aprel ayında əvvəlki ayla müqayisədə 6,2%-dən 6,3%-ə yüksəlib.

Finss.az xəbər verir ki, Aprel ayında ölkədə işsizlərin sayı 4 min nəfər artaraq 2 milyon 922 min nəfərə çatıb.

Trading Economics-in məlumatına görə, analitiklər orta hesabla işsizliyi 6,3% və işsizlərin sayının 20,000 artacağını proqnozlaşdırmışdılar.

Aprel ayında işsizlik səviyyəsi 2020-ci ilin sentyabrından bəri ən yüksək səviyyədədir.

Apreldə Almaniyada açıq vakansiyaların sayı 646 min olub ki, bu da bir il əvvəlkindən 55 min azdır.