BİZNES

29 Aprel

Azərbaycanda 1,24 milyon ton qaz kondensatı hasil olunub

2025-ci ilin ilk rübündə Azərbaycanda 1 243,76 min ton qaz kondensatı hasil edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,2% azalma deməkdir.

Finss.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, hesabat dövründə hasil edilən qaz kondensatının 1 241,55 min tonu əmtəəlik məhsulun payına düşüb. Bu göstərici də illik müqayisədə 9,2% azalıb.

Qeyd edək ki, 2024-cü il ərzində ölkədə ümumilikdə 5 292,34 min ton qaz kondensatı hasil olunub ki, bu da 2023-cü illə müqayisədə 1,7% artım deməkdir.

Fuad Mədətov
Finss.az