BİZNES

29 Aprel

Bakıdakı Qırğızıstan Ticarət Evi ölkələrarası əməkdaşlığı gücləndirəcək

Finss.az - Bakıda Türk Ticarət Mərkəzinin platformasında Qırğızıstanın Ticarət Evi fəaliyyətə başlayıb.

Ticarət və sərgi zonalarından ibarət məkanda Qırğızıstan istehsalçılarının malları, ölkənin investisiya layihələri və turizm imkanları nümayiş etdirilir.

Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov bildirib ki, Türk Ticarət Mərkəzi türk dövlətlərindən olan bizneslərin kompakt şəkildə mövcud olduğu yer, onların əməkdaşlıq perspektivlərini müzakirə edə biləcəkləri bir məkandır.

Türk dövlətlərinin məhsullarının qlobal bazara vahid brend altında çıxması sualına münasibət bildirən səfir bunun biznes qurumları tərəfindən müsbət qarşılanacağını qeyd edib: "Əgər biz qlobal bazarda daha çox iştirak etmək üçün səylərimizi birləşdirsək, o zaman hamı bunu dəstəkləyəcək. Çünki bu, hamı üçün faydalı olacaq".