Finss.az - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar- mart ayları ərzində daşınmaz əmlak üzərində 85.708 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Qeydiyyata alınan mülkiyyət hüququnun 13.424-ü (15,7%) ilkin, 72.284-ü isə (84,3%) isə təkrar qeydiyyatın payına düşür.
Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası
2025-ci ilin ilk rübü ərzində fərdi yaşayış və bağ evi üzərində – 14.224, mənzil – 19.200, torpaq sahəsi – 49.386, qeyri-yaşayış binası – 709, qeyri-yaşayış sahəsi – 1.991, əmlak kompleksi – 147, çoxmərtəbəli yaşayış binası - 48 və çoxillik əkmələr üzərində - 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 20.746-sı Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.
Texniki pasport və ipoteka müqavilələrinin sayı
Bu ilin yanvar-mart ayları ərzində 60.412 texniki pasport tərtib edilib, 14.444 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Zemfira Ms
Finss.az