Çinin neft-qaz şirkəti China Petroleum Chemical Corp. (Sinopec) birinci rübdə xalis mənfəəti 25% azalıb, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Finss.az xəbər verir ki, 2025-ci ilin yanvar-mart aylarında şirkətin xalis mənfəəti bir il əvvəlki 18,32 milyard yuanla müqayisədə 13,98 milyard yuan (1,92 milyard dollar) təşkil edib.
Gəlir 6,9% azalaraq 735,4 milyard yuana düşüb.
Şirkətin əsaslı xərcləri bir il əvvəl 28,46 milyard yuandan 24,23 milyard yuana düşüb.
Neft və təbii qaz hasilatı illik müqayisədə 1,7% artaraq 130,97 milyon barel neft ekvivalentinə çatıb. O cümlədən, qaz hasilatı 5,1% artaraq 368,43 milyard kubfuta çatıb. Eyni zamanda neftin qiyməti 5,2%, qazın qiyməti isə 3,5% ucuzlaşıb.
Yanvar-mart aylarında neft məhsullarının satışı illik müqayisədə 7,1% azalaraq 55,59 milyon ton təşkil edib.
2025-ci ilin əvvəlindən Sinopec-in bazar kapitallaşması 11,5% azalıb.