BİZNES

25 Aprel

Azərbaycana məişət soyuducusu idxalı həm say, həm də dəyər baxımından azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 4 254 ədəd məişət soyuducusu idxal olunub.

Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən məlumat yayıb.

Məişət soyuducularının idxalına çəkilən xərc 1,14 milyon ABŞ dolları təşkil edib.

2023-cü ilin eyni dövrü ilə müqayisədə:

  • Miqdar baxımından idxal 171 ədəd və ya 3,9% azalıb.
  • Dəyər baxımından isə idxal 323 min ABŞ dolları və ya 22,1% azalıb.

Xatırladaq ki, ötən ilin ilk iki ayında Azərbaycana 4 425 ədəd və 1,46 milyon ABŞ dolları dəyərində məişət soyuducuları gətirilib.

Fuad Mədətov
Finss.az