Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 141,7 min dekalitr viski və brendi istehsal edilib.
Bu barədə Finss.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, 2023-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici 51,6 min dekalitr və ya 57,3% artıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin ilk iki ayında ölkədə 90,1 min dekalitr viski və brendi istehsal olunmuşdu.
Statistik göstəricilərə əsasən, 2024-cü ilin martın 1-nə olan vəziyyətə görə, ölkədə viski və brendi üzrə hazır məhsul ehtiyatı 290,8 min dekalitr təşkil edib.
Xatırladaq ki, 1 dekalitr 10 litrə bərabərdir və bu ölçü vahidi əsasən maye məhsulların, xüsusilə də içkilərin həcmini ifadə etmək üçün istifadə olunur.
Fuad Mədətov
Finss.az