Gartner-in yekun hesablamalarına görə, 2024-cü ildə qlobal yarımkeçirici istehsalçılarının gəliri 21% artaraq, demək olar ki, 656 milyard dollara çatıb.
Finss.az xəbər verir ki, Amerikanın Nvidia korporasiyası 2024-cü ildə çip istehsalçıları arasında ilk dəfə Cənubi Koreyanın Samsung Electronics və Amerikanın Intel korporasiyalarını qabaqlayaraq, dünyada birinci yeri tutdu.
“İlk 10-luqda dəyişiklik süni intellekt infrastrukturuna güclü tələbat və yaddaş çiplərinin satışında 73,4% artımla bağlıdır”, - Gartner analitika üzrə vitse-prezidenti Qaurav Qupta bildirib. "Nvidia, məlumat mərkəzlərində süni intellekt iş yükü üçün əsas seçim olan diskret qrafika emal bölmələrinə (GPU) tələbatın əhəmiyyətli dərəcədə artması səbəbindən birinci yerə keçdi."