Çərşənbə günü qızıl qiymətləri daha riskli aktivlərə tələbin bərpası ilə ucuzlaşıb.
Finss.az xəbər verir ki, Comex birjasında iyun ayı qızıl fyuçerslərinin qiyməti, Moskva vaxtı ilə saat 18:40-a olan məlumata görə, 3,9% ucuzlaşaraq 1 unsiya üçün 3287 dollar təşkil edib. Bu həftənin əvvəlində qızılın qiyməti bir unsiya üçün 3500 dolları keçib.
Bu arada Bitcoin-in dəyəri 1,6% artaraq 92 660 min dollar olub. Kriptovalyuta martın əvvəlindəki səviyyəyə qayıtdı. ABŞ prezidenti Donald Trampın Çinə tarifləri azaltmağı və Pekinlə ticarət razılaşması əldə etməyi planlaşdırdığını deməsindən sonra qlobal bazarlar riskli aktivlərə marağın artması ilə cavab verdi. Tramp həmçinin bildirib ki, o, Federal Ehtiyatlar Sisteminin sədri Jerome Powell-i işdən çıxarmaq niyyətində deyil, ancaq onun faiz dərəcələrini daha tez azaltmasını istəyir.
Bundan əlavə, “The Wall Street Journal” mənbələrə istinadən yazıb ki, ABŞ hakimiyyəti Çin idxalına rüsumları 50-65%-ə endirmək imkanını nəzərdən keçirir.
Bu cür bəyanatlar Amerika aktivlərinə - səhmlərə, dövlət istiqrazlarına və dollara dəstək verdi.
ABŞ-ın 10 illik xəzinə istiqrazlarının gəlirliliyi 6 baza bəndi azalaraq illik 4,34%-ə düşüb.
Bu arada ABŞ fond indeksləri 1,3-2,6%, dolların DXY indeksi isə 0,6% yüksəlir.