Amerika aerokosmik korporasiyası Boeing Co., Digital Aviation Solutions bölməsinin aktivlərinin bir hissəsini Thoma Bravo investisiya şirkətinə satacaq, Boeing-in saytında xəbər verilir.
Finss.az xəbər verir ki, 10,55 milyard dollar dəyərində olan müqaviləyə Jeppesen, ForeFlight, AerData və OzRunways şirkətləri daxildir. Boeing, şirkətə kommersiya və müdafiə donanmalarına texniki xidmət, diaqnostika və təmir üçün təyyarə məlumatlarını izləmək üçün istifadə olunan rəqəmsal texnologiyalara çıxışı təmin edən əsas aktivləri özündə saxlayacaqdır.
Lazımi təsdiqlərin alınması şərti ilə əməliyyatın 2025-ci ilin sonuna qədər başa çatdırılması gözlənilir.