Neftin qiyməti bazar ertəsi də ucuzlaşmağa davam edib.
Finss.az xəbər verir ki, ticarət müharibəsi nəticəsində qlobal iqtisadiyyatın potensial pisləşməsi ilə bağlı treyderlərin narahatlıqları bazarda ağırlaşmaqda davam edir. Üstəlik, Vaşinqton və Tehran arasında danışıqlarda irəliləyiş əlamətləri Yaxın Şərqdən neft tədarükünə mümkün məhdudiyyətlərlə bağlı narahatlıqları azaldır.
Londonun ICE Futures birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti Moskva vaxtı ilə saat 17:35-ə 66,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 1,89 dollar (2,78%) aşağıdır.
Nyu-York əmtəə birjasında (NYMEX) iyun ayı üçün WTI neftinin fyuçersləri bu vaxta qədər 1,91 dollar (2,98%) ucuzlaşaraq bir barelə görə 62,1 dollar təşkil edib.