Dünya İqtisadi Forumunun (WEF) təsisçisi Klaus Şvab DİF-in qəyyumlar şurasının rəhbəri vəzifəsini tərk edir.
Finss.az xəbər verir ki, səşkilatdan verilən açıqlamada 87 yaşlı Şvabın da "dərhal qüvvəyə minməklə" qəyyumlar şurasından istefa verdiyi bildirilir.
Sədr müavini Piter Brabek-Letmate sədr əvəzi təyin edilib. Bundan əlavə, yeni sədrin müəyyən edilməsi üçün xüsusi komitə yaradılıb, hesabatda qeyd olunur.
Schwab 1971-ci ildə WEF-i təsis edib.