Bu ilin yanvar-fevral aylarında Azərbaycan 15,868.46 kiloqram qızıl idxal edib.
Finss.az Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər verir ki, ölkəyə gətirilən qızılın ümumi dəyəri 1 milyard 422,1 milyon ABŞ dolları təşkil edib. Bu dövr ərzində qızılın bir kiloqramının orta idxal qiyməti isə 89,614.7 ABŞ dolları olub.
Qızıl istehsalında isə Azərbaycanda bu ilin ilk iki ayında 478,3 kiloqram qızıl istehsal edilib. Eyni zamanda, Azərbaycandan İsveçrəyə 748,3 kiloqram emal olunmamış qızıl ixrac olunub ki, bunun ümumi dəyəri 40 milyon 170.4 min ABŞ dolları olub. Emal olunmamış qızılın 1 kiloqramının orta ixrac qiyməti isə 53,682.9 ABŞ dolları təşkil edib.
Qızıl idxalı üzrə ölkələr:
Ölkə | Qızıl İdxalı (kq) | İdxal Dəyəri (min ABŞ dolları) |
---|---|---|
Rusiya | 3,474.95 | 315,469.47 |
Avstraliya | 2,828.87 | 241,331.88 |
Meksika | 2,007.11 | 174,711.79 |
Çin | 1,173.72 | 108,207.58 |
Böyük Britaniya | 1,200.38 | 106,210.47 |
Kanada | 966.58 | 91,674.07 |
Almaniya | 1,012.1 | 90,445.28 |
Türkiyə | 959.78 | 88,713.07 |
Braziliya | 896.79 | 81,970.85 |
Özbəkistan | 397 | 37,239.16 |
İsveçrə | 344.21 | 32,070.02 |
ABŞ | 261.14 | 22,747.10 |
Çin (Honkonq) | 159.25 | 14,217.44 |
Cənubi Afrika Respublikası | 100.48 | 9,233.64 |
İspaniya | 48.16 | 4,252.43 |
Yaponiya | 37.88 | 3,552.22 |
Qeyd edək ki, bu ilin əvvəlki dövrü ilə müqayisədə Azərbaycanın qızıl idxalı artıb və ölkə iqtisadiyyatına olan tələbin gücləndiyini göstərir. İdxal edilən qızılın qiyməti və həcmi barədə məlumatlar Azərbaycanda qızıl bazarının əsas göstəricilərini izləməyə kömək edir.
Əlavə olaraq, qızılın idxalı ilə bağlı nəzərə alınan mallar arasında yarımışlənmiş məhsullar (çubuqlar, profillər, lövhələr, zolaqlar və s.) yer alır.
Fuad Mədətov
Finss.az