Finss.az - 2025-ci il mart ayının 31-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2024-cü ilin sonuna (60 031,4 milyon ABŞ dolları) nisbətən 4,5 faiz artaraq 62 740,2 milyon ABŞ dolları təşkil edib.
2025-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin büdcə gəlirləri 3 249,2 milyon manat, büdcə xərcləri isə 3 643,3 milyon manat təşkil edib.
2025-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 017,2 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 2 251,9 milyon manat, bonus ödənişləri və tranzit gəlirləri 765,3 milyon manat təşkil edib.
Qeyd edək ki, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 2 001,6 milyon manat, “Şahdəniz” yatağından isə 181,9 milyon manat məbləğində vəsait daxil olub.