Fransanın “Hermes International SCA” moda evi birinci rübdə gəlirlərini 8,5% artırıb və ortamüddətli perspektivdə artım proqnozunu təsdiqləyib.
Finss.az xəbər verir ki, şirkətin mətbuat xidmətindən verilən məlumata görə, yanvar-mart aylarında gəlir ötən ilin eyni dövründəki 3,81 milyard avro ilə müqayisədə 4,13 milyard avro təşkil edib.
Məzənnə fərqləri nəzərə alınmadan artım 7,2%, Visible Alpha tərəfindən sorğu edilən analitiklərin konsensus proqnozu isə 9,8% artım tempi üçün idi.
Hermes mövcud olduğu bütün bölgələrdə satış artımını qeyd etdi.
Yaponiyada bu rəqəm 17,9% artaraq 421 milyon avroya çatıb. Yaponiya istisna olmaqla, Asiya Sakit Okean regionunda gəlir 2,7% artaraq 1,97 milyard avroya çatıb. Amerika regionunda bu rəqəm 11% artaraq 695 milyon avroya çatıb.