İnterfeys dizayn xidmətinin sahibi Figma, fond bazarındakı dəyişkənliyə baxmayaraq, ABŞ-da ilkin kütləvi təklif üçün sənədlər təqdim etdi.
Finss.az xəbər verir ki, yerləşdirmənin vaxtı və həcmi hələ müəyyən edilməyib. Financial Times yazır ki, 2024-cü ildə Figma maliyyələşdirmə raundunun bir hissəsi olaraq 12,5 milyard dollar dəyərində qiymətləndirilib.
Bir ildən çox əvvəl, görüntü emal proqram təminatı istehsalçısı Adobe Inc. Figmanı təxminən 20 milyard dollara almağa çalışdı, lakin bu razılaşma Böyük Britaniya və Avrozonanın antiinhisar tənzimləyicilərinin narahatlığına səbəb oldu və Adobe birləşmə planlarından imtina etdi.