BİZNES

16 Aprel

Fitch 2025-ci ildə Qlobal ÜDM-in Artım Proqnozunu 2%-dən Azına endirib

Fitch Ratings rüblük Qlobal İqtisadi Görünüşün (GEO) fövqəladə yeniləməsini dərc edərək, ticarət gərginliyinin artması fonunda proqnozu aşağı salıb.

Finss.az xəbər verir ki, Qlobal ÜDM-in artım proqnozu mart ayı təxminindən 0,4 faiz bəndi azalaraq 2%-dən az olub. Fitch-in press-relizində qeyd olunur ki, bu, koronavirus pandemiyası dövrünü nəzərə almasaq, qlobal iqtisadiyyat üçün 2009-cu ildən bəri ən pis nəticədir.

ABŞ və Çin üçün ÜDM-in artım təxminləri müvafiq olaraq 0,5 faiz bəndi azaldılıb, müvafiq olaraq 1,2 faiz və 4 faizdən azdır. ABŞ-da isə artımın tədricən yavaşlaması və dördüncü rübdə illik müqayisədə cəmi 0,4%-ə çatması gözlənilir. Çinin iqtisadi artımı 2026-cı ildə 4%-dən aşağı qalacaq.

Avrozona iqtisadiyyatının 1%-dən "xeyli yavaş" böyüməsi gözlənilir.

Bundan əlavə, Fitch analitikləri cari il üçün Brent markalı neftin qiyməti ilə bağlı proqnozlarını 5 dollar azaldaraq, barel üçün 65 dollara endiriblər.