BİZNES

17 Aprel

Azərbaycanda tikinti kərpiclərinin istehsalı artıb

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 110,4 min kubmetr tikinti kərpicləri istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26 min kubmetr və ya 30,8% artım deməkdir. 2023-cü ilin yanvar-fevral aylarında isə 84,4 min kubmetr tikinti kərpicləri istehsal edilib.

Finss.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

2024-cü ilin mart ayının birinə ölkədə hazır tikinti kərpiclərinin ehtiyatı 7,6 min kubmetr olub.

Bundan əlavə, bu ilin ilk iki ayında Azərbaycanda ümumilikdə 187,6 milyon manatlıq tikinti materialları istehsal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 milyon manat və ya 7,9% artım göstərir. 2023-cü ilin yanvar-fevral aylarında isə 173,9 milyon manatlıq tikinti materialları istehsal edilib.

Fuad Mədətov
Finss.az