2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda tikinti gipsi istehsalı 13,4 min ton olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 min ton və ya 19,6% artım deməkdir. Keçən ilin ilk iki ayında isə 11,2 min ton tikinti gipsi istehsal edilib.
Finss.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Bununla yanaşı, gips məmulatlarının istehsalı 14 min ton təşkil edib, bu da illik müqayisədə 1,9 min ton və ya 12% azalma nümayiş etdirir. 2024-cü ilin ilk iki ayında isə ümumilikdə 15,9 min ton gips məmulatları istehsal edilib.
Mart ayının əvvəlində ölkədə hazır tikinti gipsi ehtiyatları 1,8 min ton, hazır gips məmulatlarının ehtiyatı isə 6,1 min ton olub.
Qeyd edək ki, bu dövr ərzində Azərbaycanda tikinti materialları istehsalının ümumi dəyəri 187,6 milyon manat olub, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,7 milyon manat və ya 7,9% artmışdır. 2024-cü ilin yanvar-fevral aylarında isə 173,9 milyon manatlıq tikinti materialları istehsal edilib.
Fuad Mədətov
Finss.az