BİZNES

16 Aprel

Azərbaycan iqtisadiyyatında ortamüddətli artım proqnozları açıqlanıb

2025-ci ildə Azərbaycanda iqtisadi artım 3,2% səviyyəsində proqnozlaşdırılıb.

Finss.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

2027-2028-ci illərdə ölkə üzrə iqtisadi artımın 3,6%, 2029-cu ildə isə 4,1% olacağı gözlənilir. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,8%, qeyri-neft/qaz ÜDM-in isə 5,1% səviyyəsində olması nəzərdə tutulur.

Proqnozlara əsasən, 2025-ci ildə neft-qaz sektoru üzrə ÜDM real ifadədə 1,2% artacaq. 2026-cı ilin sonuna ÜDM-in həcmi 135,7 milyard manat, qeyri-neft/qaz ÜDM-i isə 101,3 milyard manat təşkil edəcək. 2029-cu ilədək bu göstəricilərin müvafiq olaraq 162,6 milyard manat və 129,1 milyard manata qədər yüksələcəyi gözlənilir.

Fuad Mədətov
Finss.az